Suriyaya endirilən aviazərbələr nəticəsində 3 nəfər yaralanıb

Suriyaya endirilən aviazərbələr nəticəsində 3 nəfər yaralanıb Zərbə Homs yaxınlığındakı obyektə endirilib
Digər ölkələr
14 Aprel , 2018 08:39
Suriyaya endirilən aviazərbələr nəticəsində 3 nəfər yaralanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Səhər saatlarında Suriyaya endirilən hava zərbələri nəticəsində azı 3 nəfər yaralanıb.

"Report" SANA-ya istinadən xəbər verir ki, zərbə Homs yaxınlığındakı obyektə endirilib.

"Homsdakı hərbi bazaya atılan raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, onların istiqaməti dəyişdirilib, nəticədə 3 dinc sakin yaralanıb", - deyə məlumatda bildirilir.

ABŞ prezidenti Donald Tramp cümə günü Suriyaya zərbə endirilməsi barədə göstəriş verib və ABŞ, Fransa və Britaniya hərbi qüvvələri Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb.

Əməliyyatlara Böyük Britaniya və Fransa da qoşulub.

Son xəbərlər

Orphus sistemi