Suriyaya dair görüşün tarixi dəyişdirilib

Suriyaya dair görüşün tarixi dəyişdirilib Görüşün təxirə salınmasının səbəbləri açıqlanmayıb
Digər ölkələr
1 Fevral , 2017 09:38
Suriyaya dair görüşün tarixi dəyişdirilib

Bakı. 1 fevral. REPORT.AZ/ Suriyada vəziyyətin tənzimlənməsinə dair İsveçrənin Cenevrə şəhərində fevralın 8-də keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura bildirib.

Onun sözlərinə görə, görüş fevralın 20-də keçiriləcək.

Görüşün təxirə salınmasının səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, yanvarn 23-24-də Qazaxıstanın paytaxtı Astana şəhərində Suriyadakı Bəşşar Əsəd hökuməti, müxalifət, Türkiyə, Rusiya, İran nümayəndələri, BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura, ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krolun iştirakı ilə Suriya üzrə danışıqlar keçirilib. 

Son xəbərlər

Orphus sistemi