Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası dörd saat davam edib

Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası dörd saat davam edib Birgə bəyannamənin açıqlanması gözlənilir
Digər ölkələr
12 Fevral , 2016 03:02
Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası dörd saat davam edib

Bakı. 12 fevral. REPORT.AZ/ Münhen şəhərində Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası başa çatıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, görüşdə ABŞ dövlət katibi Con Kerri, Rusyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da iştirak ediblər.

Dörd saat davam edən müzakirələrin yekununda birgə bəyannamənin açıqlanması gözlənilir.

Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qattilov bildirib ki, tədbir iştirakçıları müəyyən qərarlar qəbul ediblər, lakin təfərrüatları açıqlamaqdan imtina edib.

Son xəbərlər

Orphus sistemi