Yuxarı
    Bağlamaq

    Suriyada İŞİD-lə toqquşma zamanı 2 türk hərbçisi şəhid olub

    Terrorçular Fərat qalxanı əməliyyatına qatılan Türkiyəyə məxsus 2 tanka hücum ediblər

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Suriyanın şimalında İŞİD silahlı terror qruplaşması ilə toqquşmada Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb. 

    "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Bildirilib ki, İŞİD terrorçuları Suriyanın Cərablus şəhəri yaxınlığında "Fərat qalxanı" əməliyyatına qatılan Türkiyəyə məxsus 2 tanka hücum ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi