​Suriyanın şimalında İŞİD-in 8 silahlısı zərərsizləşdirilib

​Suriyanın şimalında İŞİD-in 8 silahlısı zərərsizləşdirilib Türkiyə ordusu Suriyanın şimalındakı İŞİD mövqelərinə artilleriya zərbələri endirib
Digər ölkələr
25 İyun , 2016 12:50
​Suriyanın şimalında İŞİD-in 8 silahlısı zərərsizləşdirilib

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri "İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının Suriyanın şimalındakı 31 mövqeyinə artilleriya zərbələri endiriblər.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İŞİD terrorçuları Suriyanın şimalından Türkiyə ərazisinə hücum etməyi planlaşdırırmış.

Əməliyyata ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də havadan dəstək veriblər.

Nəticədə 8 terrorçu məhv edilib.

Son xəbərlər

Orphus sistemi