Suriyanın şimalında 31 İŞİD silahlısı məhv edilib

Suriyanın şimalında 31 İŞİD silahlısı məhv edilib Terrorçulardan 14-ü Axterin və Türkmən Barex yaşayış məntəqələrinə hücum zamanı öldürülüb
Digər ölkələr
9 Oktyabr , 2016 11:27
Suriyanın şimalında 31 İŞİD silahlısı məhv edilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Son 24 saat ərzində Suriyanın şimalında İŞİD-lə baş vermiş silahlı insident zamanı, habelə terrorçuların mövqelərinə endirilmiş hava zərbələri nəticəsində qruplaşmanın 31 silahlısı məhv edilib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" türk hərbçilərinə istinadən xəbər yayıb. 

Məlumata görə, terrorçulardan 14-ü Axterin və Türkmən Barex yaşayış məntəqələrinə hücum zamanı məhv edilib.

Daha 17 terrorçu isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri zamanı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi