Suriyanın şimal-şərqində ABŞ hərbi aerodromu raketlə atəşə tutulub

Suriyanın şimal-şərqində ABŞ hərbi aerodromu raketlə atəşə tutulub İranyönlü “İslam Müqaviməti Hərəkatı” Suriyada Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəyrdəki hərbi aerodromu raket atəşinə tutub.
Digər ölkələr
22 Aprel , 2024 01:16
Suriyanın şimal-şərqində ABŞ hərbi aerodromu raketlə atəşə tutulub

İranyönlü “İslam Müqaviməti Hərəkatı” Suriyada Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəyrdəki hərbi aerodromu raket atəşinə tutub.

“Report” xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km) endirilib. Qeyd olunub ki, aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qalın tüstü səmaya qalxıb.

Əvvəllər bu hərbi obyektə kamikadze PUA-lar tərəfindən hücum edilib.

Artıq ABŞ Hərbi Hava Qüvvələri Suriya aerodromuna atəş açmaq üçün istifadə edilən reaktiv yaylım atəşi sistemini məhv edib.

Son xəbərlər

Orphus sistemi