Yuxarı
    Bağlamaq

    Suriyanın Rəqqa və Əl-Bab rayonlarında 300 nəfər atışma və toqquşmaların qurbanı olub

    Bu barədə BMT baş katibinin müavini Stiven O'Brayen məlumat verib

    Bakı. 23 fevral. REPORT.AZ/ Suriyanın Əl-Bab və Rəqqa şəhərlərində aviazərbələr, terror aktları və toqquşmalar nəticəsində təqribən 300 dinc sakin həlak olub.

    "Report" xəbər verir ki, bu barədə çərşənbə günü BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O'Brayen Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

    "Son həftələr Rəqqa və Əl-Bab rayonlarında aviazərbələr və toqquşmalar dinc sakinlər arasında çoxsaylı qurbanlara, müki infrastrukturun dağılmasına, həmçinin insanların yerdəyişməsinə səbəb olub. Bu gün BMT, əsasən aviazərbələr və əldəqayırma partlayıcı qurğuların partlamasından təqribən 300 dinc sakinin öldüyü barədə məlumat alıb", - deyə o əlavə edib.

    Stiven O'Brayenin sözlərinə görə, dinc sakinlər, həmçinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilirlər. Terrorçular Suriya müxalifətinin nəzarəti altında olan ərazilərə qaçmaq istəyən insanları güllələyirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi