Bakı. 13 dekabr. REPORT.AZ/ Suriyanın Rəqqa şəhərində İŞİD-in mövqelərinə endirilən hava zərbələri nəticəsində 5-i uşaq olmaqla ən azı 21 nəfər ölüb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, aviazərbələri kimin endirdiyi məlum deyil.
Bundan əvvəl, İŞİD terrorçularının qədim Palmira şəhərini yenidən ələ keçirdikləri xəbər verilib.