Suriyanın qərbində güclü partlayış olub, 25 nəfər ölüb

Suriyanın qərbində güclü partlayış olub, 25 nəfər ölüb Stadion yaxınlığında baş verən partlayışa səbəb içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil olub
Digər ölkələr
5 yanvar 2017 13:29
Suriyanın qərbində güclü partlayış olub, 25 nəfər ölüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Suriyanın qərbindəki Latakiya əyalətində güclü partlayış olub.

"Report" Ərəb KİV-inə istinadən xəbər verir ki, partlayış Cabla şəhərində baş verib.

Yerli media hadisə nəticəsində 25 dinc sakinin, o cümlədən qadın və uşaqların öldüyünü bildirib.

Sakinlərin verdiyi məlumata əsasən, stadion yaxınlığında baş verən partlayışa səbəb içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil olub.

Qeyd edək ki, Latakiya əyalətində Rusiya Hərbi Kosmik Qüvvələrinin istifadə etdiyi Hmeymim aerodromu yerləşir. 

Son xəbərlər

Orphus sistemi