Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb

Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb Bakı. 16 yanvar. REPORT.AZ/ Çərşənbə günü növbəti siklon Suriyanın paytaxtı Dəməşqə güclü qar gətirib, nəticədə küçələrin əksəriyyəti su altında qalıb.
Digər ölkələr
16 Yanvar , 2019 22:55
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Çərşənbə günü növbəti siklon Suriyanın paytaxtı Dəməşqə güclü qar gətirib, nəticədə küçələrin əksəriyyəti su altında qalıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, sinoptiklər Suriya paytaxtına 36 saat davam edəcək qütb siklonunun gələcəyi barədə əvvəlcədən xəbərdarlıq ediblər.

Siklonla əlaqədar olaraq Suriyanın bütün dəniz limanları bağlanıb.

Dəməşqdə hava günortadan sonra birdən-birə pisləşib, göy üzünü buludlar alıb, ardınca güclü yağış yağmağa başlayıb. Daha sonra yağış güclü qar ilə əvəzlənib. Yerli sakinlərin bildirdiklərinə görə, artıq neçə ildir yanvar ayında belə hava müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi