Suriyanın mühasirədə olan dörd rayonuna humanitar yardım çatdırılıb

Suriyanın mühasirədə olan dörd rayonuna humanitar yardım çatdırılıb Avtomobil karvanı Dəməşq yaxınlığındakı şəhərlərə və İdlib vilayətindəki kəndlərə qida məhsulları və dərman çatdırıb
Digər ölkələr
26 Sentyabr , 2016 11:00
Suriyanın mühasirədə olan dörd rayonuna humanitar yardım çatdırılıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Təxminən 70 yük maşını son altı ay ərzində ilk dəfə Suriyanın mühasirədə olan dörd rayonuna humanitar yardım çatdırıb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib ki, avtomobil karvanı Dəməşq yaxınlığındakı şəhərlərə (Madaya və Zabadani) və İdlib vilayətindəki kəndlərə (Fua və Kefraya) qida məhsulları və dərman çatdırıb.

Qeyd edək ki, Suriyada təxminən 4,5 milyon nəfər ucqar ərazilərdə yaşayır. Onların da 400 min nəfəri mühasirəyə alınmış və həyat üçün vacib yardıma çıxışın olmadığı məntəqlərdə yaşayır.

Xatırladaq ki, BMT sentyabrın 20-də avtomobil karvanının bombalanması səbəbilə 48 saatlıq fasilə verdiyi humanitar əməliyyatları keçən həftə bərpa edib. Həmin o aviazərbələr zamanı 31 yük maşınından 18-i xəsarət almış, azı 20 nəfər həlak olmuşdu.

Son xəbərlər

Orphus sistemi