Suriyanın mühasirədə olan 4 şəhərindən əhalinin təxliyyəsi başlayıb

Suriyanın mühasirədə olan 4 şəhərindən əhalinin təxliyyəsi başlayıb Bununla bağlı həmin şəhərləri mühasirədə saxlayan müxalifət arasında razılıq əldə olunub
Digər ölkələr
14 Aprel , 2017 11:54
Suriyanın mühasirədə olan 4 şəhərindən əhalinin təxliyyəsi başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Suriyanın mühasirədə olan 4 şəhərində yaşayan əhalinin təxliyyəsi başlayıb. 

“Report” BBC-yə istinadən xəbər verir ki, bununla bağlı həmin şəhərləri mühasirədə saxlayan, İran və Qətər tərəfindən dəstəklənən silahlı müxalifət arasında razılıq əldə olunub.

Razılaşmaya əsasən, Suriyanın şimal-qərbində, İdlib yaxınlığında yerləşən Kafariya və Fua, ölkə paytaxtı Dəməşqdən 20 km şimal-qərbdə yerləşən Zabadani və Maday şəhərlərinin əhalisi mühasirədən çıxarılaraq daha təhlükəsiz bölgələrə aparılacaq. Ümumilikdə 4 şəhərdən 30 min nəfər köçürüləcək.

Məlumata görə, Kafariya və Fuanın sakinləri Hələbə, Zabadani və Maday şəhərlərinin əhalisi isə Raşidin şəhərinə təxliyyə edilir. 

Qeyd edək ki, BMT bu ilin martında müahsirədə qalan şəhərlərdə 60 min nəfərin olduğunu bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi