Yuxarı

Suriyanın Maday şəhərində 16 nəfər aclıqdan ölüb

Hazırda bu şəhər Bəşşar Əsəd, İran və Hizbullah silahlılarının mühasirəsindədir

Bakı. 30 yanvar. REPORT.AZ/ Suriyanın mühasirədə olan Maday şəhərində yanvar ayında 16 nəfər aclıqdan ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Sərhdəsiz həkimlər" beynəlxalq təşkilatının sədri Bris de le Vin bildirib.

Onun sözlərinə görə, Madayda əhali arasında acından ölənlərin sayı artıb. 

Hazırda bu şəhər Bəşşar Əsəd, İran və "Hizbullah" silahlılarının mühasirəsindədir.

Təşkilatın məlumatında bildirlib ki, Suriya ərazisində 1,5- 2 milyon sakin Bəşşar Əsəd, İran, "Hizbullah" və başqa silahlıların mühasirəsində olan şəhərlərdə qalıb. 

Bris de le Vin deyib ki, Madayda 20 min sakin çox ağır vəziyyətdədir, orada həkim yoxdur: "Dərman pereparatı və ərzaq gətirən avtomobillər bir çox hallarda Nəzarət-Buraxılış Məntəqələrində saxlanılır. Nəticədə həmin humanitar yardımlar əhaliyə çatmır. Təcili yardım maşınları da çağırışa gedə bilmir".

BMT-nin humanitar məsələlərin koordinasiya üzrə idarəsinin nümayəndəsi Yakub əl-Hill sözlərinə görə, Suriyada ucqar və çətin əlaqə qurulan ərazilərdə 4,5 milyon nəfər yaşayır ki, onlardan 400 mini mühasirədə olan 15 rayonun payına düşür.

BMT-nin Suriyada humanitar fəaliyyət üzrə əlaqələndiriciləri Yaqub Hellu və Kevin Kennedinin sözlərinə görə, Madayada hazırda 42 minə yaxın insan qalmaqdadır, onlar aclıqdan ölürlər. BMT-nin etibarlı mənbədən əldə etdiyi məlumata əsasən, insanlar acından ölür, şəhəri tərk etmək istədikləri zaman isə onları öldürürlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi