Suriyanın Latakiya şəhəri dənizdən raket hücumuna məruz qalıb - VİDEO

Suriyanın Latakiya şəhəri dənizdən raket hücumuna məruz qalıb - VİDEO Bakı. 18 sentyabr. REPORT.AZ/ Suriyanın raket əleyhinə müdafiə sistemləri (RƏM) Latakiya şəhərinə raket hücumunun qarşısını alıblar.
Digər ölkələr
18 Sentyabr , 2018 01:13
Suriyanın Latakiya şəhəri dənizdən raket hücumuna məruz qalıb - VİDEO

Bakı. 18 sentyabr. REPORT.AZ/ Suriyanın raket əleyhinə müdafiə sistemləri (RƏM) Latakiya şəhərinə raket hücumunun qarşısını alıblar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu yerli təhlükəsizlik orqanlarındakı mənbə deyib.

Məlumata görə, hazırda Latakiyada partlayış səsləri eşidilir. Ehtimal edilir ki, şəhər səmasında RƏM sistemlərinin raketləri görünüb.

"Çox ehtimal ki, səmada görünən pilotsuz uçan aparatlar və raketlər idi", - deyə agentliyin həmsöhbəti bildirib.

Məlumatlı mənbənin dediyinə görə, raket hücumuna məişət üçün kimyəvi maddə istehsal edən müəssisə, Latakiyanın girəcəyində yerləşən Sakubi elektrik stansiyası və alümin istehsalı zavodu məruz qalıb.

Suriyadakı hərbi mənbə hücumun dənizdən edildiyini bildirib.

"Raket Takani çayına və Zakazkaniya rayonuna düşüb", — deyə Suriyanın insan haqları şəbəkəsinin rəhbəri Əhməd Kazım söyləyib.

O əlavə edib ki, hücum nəticəsində 7 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi