Yuxarı

​Suriyanın İdlib şəhərinin bombalanması nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb

Yaralananlar bölgənin səhra xəstəxanalarına yerləşdirilib

Bakı. 1 avqust. REPORT.AZ/ Rusiyaya məxsus hərbi qırıcının Suriyanın şimalındakı İdlibdə müxalifətin nəzarəti altında olan Ebu Zuhur bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə Ebu Zuhur bölgəsinin mülki müdafiə qurumunun rəsmilərindən olan Əhməd Mustafa xəbər verib.

O, ard-arda iki hava hücumunun edildiyini bildirib. Əhməd Mustafa ölənlər arasında uşaqların da olduğunu deyib.

Yaralananlar bölgənin səhra xəstəxanalarına yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi