Yuxarı
    Bağlamaq

    Suriyanın İdlib şəhəri bombardman edilib: 6 ölü, 8 yaralı

    Xəsarət almış yaralılar xəstəxanaya yerləşdirilib

    Bakı. 22 yanvar. REPORT.AZ/ Suriyanın şimal-şərqindəki İdlib şəhərinin kəndlərindən birinə edilən hava hücumu zamanı 6 uşaq həlak olub.

    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib. 

    Məlumata görə, hava zərbələri zamanı 8 mülki şəxs yaralanıb.

    Şəhərin mülki müdafiə səlahiyyətlilərindən olan Leys əl Faris bildirib ki, hərbi təyyarə İdlibin şimalını bombardman edib. Təyyarənin hansı silahlı birləşməyə və ya orduya aid olduğu məlum deyil.

    Bombardman zamanı xəsarət almış yaralılar xəstəxanaya yerləşdirilib.

    Leys əl Faris bununla yanaşı, ABŞ-ın rəhbərrlik etdiyi hərbi koalisiyaya məxsus olduğu ehtimal edilən hərbi təyyarənin də İdlibdəki hərbi obyektlərdən birini bombardman etdiyini deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi