Suriyanın İdlib əyalətində məktəb bombalanıb, 17 nəfər yaralanıb

Suriyanın İdlib əyalətində məktəb bombalanıb, 17 nəfər yaralanıb Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiya döyüş təyyarələrinin və Bəşşar Əsədə bağlı helikopterlərin İdlibin cənubuna atdığı bombanın məktəbə düşməsi nəticəsində çoxu qadın və uşaq olmaqla, 17 nəfər yaralanıb.
Digər ölkələr
10 Sentyabr , 2018 14:53
Suriyanın İdlib əyalətində məktəb bombalanıb, 17 nəfər yaralanıb
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiya döyüş təyyarələrinin və Bəşşar Əsədə bağlı helikopterlərin İdlibin cənubuna atdığı bombanın məktəbə düşməsi nəticəsində çoxu qadın və uşaq olmaqla, 17 nəfər yaralanıb.

“Report” “Haber 7”yə istinadən xəbər verir ki, Suriyanın İdlib əyalətinin Habit, Cercenaz, Hiş, Temenia və Hamanın Latamne rayonu bombardman edilib.

Bəşşar Əsədə bağlı döyüş təyyarələri Cercenaz bölgəsindəki məktəbi vurub.

Məlumata görə, Rusiya və Bəşşar Əsədin döyüş təyyarələrinin son 9 gün ərzində İdlibi bombalaması nəticəsində 29 dinc sakin ölüb, 71 nəfər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi