Suriyanın İdlib əyaləti yenə bombalanıb, 21 mülki şəxs ölüb, 35-i yaralanıb

Suriyanın İdlib əyaləti yenə bombalanıb, 21 mülki şəxs ölüb, 35-i yaralanıb Mülki müdafiə üzrə məsul şəxs: “Döyüş təyyarəsi Salkindəki Ravda məscidini və bazarı bombaladı”
Digər ölkələr
4 Aprel , 2017 17:56
Suriyanın İdlib əyaləti yenə bombalanıb, 21 mülki şəxs ölüb, 35-i yaralanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Suriyanın şimalındakı İdlib əyalətinin yenidən bombalanması nəticəsində 21 mülki şəxs ölüb, 35-i yaralanıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu bombalanan Salkin şəhərinin mülki müdafiə üzrə məsul şəxsi Taha əl-Ömər bildirib.

Onun sözlərinə görə, əyalətin Salkin və Cisr-əş-Şuğur bölgələri bombalanıb.

“Hava zərbəsini endirənin Rusiyaya məxsus təyyərənin olduğunu ehtimal edirik. Döyüş təyyarəsi Salkindəki Ravda məscidini və bazarı bombaladı. Salkindəki məscid və bazarın bombalanması nəticəsində 16 dinc sakin öldü, 35 nəfər yaralandı. Cisr-əş-Şuğur rayonunun bombalanması nəticəsində 5 mülki şəxs həyatını itirib, çoxlu sayda dinc sakin yaralanıb”, - deyə Taha əl-Ömər vurğulayıb.

Qeyd edək ki, aprelin 4-də səhər saatlarında İdlibin Xan Şeyhun şəhərinin bombalanması nəticəsində 100-dən çox dinc sakin ölüb, 500-ə yaxın mülki şəxs isə kimyəvi bombadan zəhərlənib.

Son xəbərlər

Orphus sistemi