Yuxarı

​Suriyanın Homs şəhərində törədilən iki partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb - YENİLƏNİB

Xəstəxanalarda 115 yaralı var

Bakı. 21 fevral. REPORT.AZ/ Suriyanın Homs şəhərinin Əz-Zəhra məhəlləsində törədilən iki partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, xəstəxanalarda 115 yaralı var.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə mərkəzi xəstəxananın əməkdaşı məlumat verib.

"Xəstəxanaya daha 20 meyit gətirildi, ölənlərin ümumi sayı 46 nəfərə çatdı, 115 yaralı var", — deyə agentliyin həmsöhbəti bildirib.

***12:32

Suriyanın Homs şəhərinin mərkəzində törədilən iki partlayış nəticəsində 26 nəfər ölüb, 100 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə xəstəxana əməkdaşına istinadən RİA "Novosti" məlumat yayıb

***11:26

Suriyanın Homs şəhərinin mərkəzində iki partlayış baş verib, ölən və yaralananlar var.

"Report" xəbər verir ki, bu barədə yerli polisdəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Homsun mərkəzində, Əz-Zəhra məhəlləsindən keçən Sittin küçəsində iki partlayış baş verib. Bombalardan biri terrorçu-kamikadze tərəfindən işə salınıb. Dinc əhali arasında ölən və yaralananlar var", — deyə agentliyin həmsöhbəti bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi