Suriyanın hökumət qüvvələri irəliləyiş əldə edib

Suriyanın hökumət qüvvələri irəliləyiş əldə edib Rusiyanın hava zərbələrinin müşayiəti ilə Suriya qüvvələri dörd istiqamətdə hücuma keçib.
Digər ölkələr
20 Oktyabr , 2015 21:03
Suriyanın hökumət qüvvələri irəliləyiş əldə edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiyanın hava zərbələrinin müşayiəti ilə Suriya qüvvələrinin Hələb bölgəsinə qarşı hücumu minlərlə kənd sakinini evindən didərgin salıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, daha üç hücum Homs, Hama və Lakatiya vilayətlərdə həyata keçirilib.

Rusiyanın üç həftə əvvəl start verdiyi hava kampaniyası bəri hökumət qurudan hücumlara keçmirdi. 

Yaraqlı qruplaşmaların komandirləri deyir ki, hökumət qüvvələri əsas yollar və şəhərlərin nəzarətini ələ keçirilən rəqib döyüşçülərin zəiflətməsini qarşıya məqsəd qoyub.

Bununla belə, hökumət qüvvələri Hama və Homsda dalana dirənib. Buna ABŞ-ın tankvuran qurğularının cavab hücumunun yol açdığını deyilir. Lakin Əsəd qüvvələri Hələbdə irəliləyiş əldə etməyə müvəffəq olub.

Hələbdə qurudan hücumların general Qasım Suleymani tərəfindən planlaşdırıldığı təxmin edilir. İranın İnqilab Qvardiyasının Qüds qüvvələrinin komandiri bu ay bir neçə dəfə Rusiyann hərbi komandirləri ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi