Bakı. 23 avqust. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin hakimiyyət qoşunununnəzarəti altında olan hissəsi müxalif silahlı qruplaşmalar tərəfindən yaylım atəşinə məruz qalıb.
"Report"un xəbər verir ki, bu barədə "SANA" agentliyi yerli polis idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, reaktiv mərmilər Əl-Həmdaniyə və Salah-əd-Din rayonlarına, habelə Əz-Zəhra dairəsinə düşüb. Nəticədə 1-i qadın olmaqla 4 nəfər həlak olub, daha 24 mülki sakin xəsarət alıb.
Bildirilir ki, hərbi əməliyyatların bərpa edildiyi 31 iyuldan bu günə kimi Hələbdə 198 nəfər həlak olub, 834 nəfər yaralanıb.