Suriyanın Deraa əyalətində yaraqlılar silahlarını təhvil verməyə razılaşıblar

Suriyanın Deraa əyalətində yaraqlılar silahlarını təhvil verməyə razılaşıblar Bəzi silahlıların ailə üzvləri ilə İdlib əyalətinə köçürülməsi üzrə razılaşma əldə olunub
Digər ölkələr
7 İyul , 2018 12:18
Suriyanın Deraa əyalətində yaraqlılar silahlarını təhvil verməyə razılaşıblar

Bakı. 7 iyul. REPORT.AZ/ Suriyanın Deraa əyalətində silahlı birləşmələrin liderləri ilə hərbi əməliyyatların dayandırılması və silahların təhvil verilməsi üzrə razılaşmalar əldə olunub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, danışıqların nəticələri üzrə razılaşmalar silahlı birləşmələrin nəzarətində olan bütün yaşayış məntəqələrində hərbi əməliyyatların dayandırılması, orta və ağır silahların təhvil verilməsi kimi məsələlər üzrə əldə edilib. 

Bildirilir ki, silahlıların statusunun nizamlanması, bəzilərinin ailə üzvləri ilə İdlib əyalətinə köçürülməsi, yaşayış məntəqələrində dövlət hakimiyyəti orqanlarının işinin bərpa olunması və İordaniya ilə sərhəddən qaçqınların öz evlərinə qayıtmasının təminatı üzrə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi