Suriyanın Darayya şəhərinə son 4 ildə ilk dəfə ərzaq çatdırılıb

Suriyanın Darayya şəhərinə son 4 ildə ilk dəfə ərzaq çatdırılıb Bu gün şəhərə ərzaq və dərmanlar olan yük maşınları gəlib
Digər ölkələr
10 İyun , 2016 10:20
Suriyanın Darayya şəhərinə son 4 ildə ilk dəfə ərzaq çatdırılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Suriyanın Dəməşq şəhəri yaxınlığındakı mühasirəyə alınmış Darayya şəhərinə son 4 ildə ilk dəfə ərzaq çatdırılıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu gün şəhərə ərzaq və dərmanlar olan yük maşınları gəlib.

Sakinlər öz evlərindən çıxmağa və toplaşmağa ehtiyat edirlər.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının Suriyadakı nümayəndəsinin sözlərinə görə, gətirilən ərzaq Darayya sakinlərinə 1 ay ərzində yetərli olmalıdır. 

Son xəbərlər

Orphus sistemi