Suriyanın Dabık qəsəbəsinin İŞİD-dən azad edilməsi üçün əməliyyat başlayıb

Suriyanın Dabık qəsəbəsinin İŞİD-dən azad edilməsi üçün əməliyyat başlayıb Bu yaşayış məntəqəsində terror qruplaşmasının 1200 silahlısı olduğu bildirilib
Digər ölkələr
15 Oktyabr , 2016 14:33
Suriyanın Dabık qəsəbəsinin İŞİD-dən azad edilməsi üçün əməliyyat başlayıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, İŞİD-in müqəddəs olaraq qəbul etdiyi bu yaşayış məntəqəsində terrorçu qruplaşmanın 1200 silahlısı olduğu bildirilib.

Qeyd edək ki, Dabık Suriyanın şimal-qərbində Hələb əyalətinin Azez rayonunun qəsəbəsidir. Qəsəbəni Mercidabık da adlandırırlar. 5 min nəfərlik əhalisinin çoxu türkməndir. 2014-cü ilin avqustunda İŞİD Süleyman bin-Əbdülməlik türbəsini məhv etdikdən sonra qəsəbəni ələ keçirib. 

Son xəbərlər

Orphus sistemi