Bakı. 27 aprel. REPORT.AZ/ Suriyanın döyüş təyyarələri ölkənin şimal-qərbində yerləşən Cisr Əl-Şuqor şəhərini bombardam edib.
"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, hücum Əl-Qaidə ilə əlaqəsi olan Nüsrə Cəbhəsinin şəhəri ələ keçirməsindən bir gün sonra həyata keçirilib.
Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu İbdil vilayətində hökumət qüvvələrinin son istehkamı olan bu şəhərə 4 dəfə havadan zərbə endirildiyini bildirib.
50 min əhalisi olan Cisr Əl-Şuqorun nəzarətinin itirilməsi ilə Suriya hökuməti vilayətin yalnız bir neçə şəhəri və kəndinə nəzarət edir.
Son reydlər zamanı tələfata yol verdildiyi bildirilmir.
Dövlət televiziyası qüvvələrin dinc əhali arasında itki olmaması üçün şəhər ətrafına qüvvələrin yerləşdirildiyini xəbər verib.