Suriyanın cənubunda yüzlərlə silahlı dövlətə təslim olub

Suriyanın cənubunda yüzlərlə silahlı dövlətə təslim olub Bakı. 28 iyun. REPORT.AZ/ Suriyanın Daraa əyalətində aralarında silahlıların da olduğu 1000 nəfərə yaxın insan dövlətə təslim olub.
Digər ölkələr
28 İyun , 2018 05:31
Suriyanın cənubunda yüzlərlə silahlı dövlətə təslim olub

Bakı. 28 iyun. REPORT.AZ/ Suriyanın Daraa əyalətində aralarında silahlıların da olduğu 1000 nəfərə yaxın insan dövlətə təslim olub.

"Report" SANA-ya istinadən xəbər verir ki, Şaara qəsəbəsində təqribən 250 yaraqlı silahı yerə qoyub.

Həmçinin orduda hərbi xidmətdən yayınan və istintaq orqanları tərəfindən təqib olunan daha bir neçə yüz insan hökumətə təslim olub. Ümumilikdə yaşayış məntəqəsində 450 nəfər təslim olub.

Kərim qəsəbəsində 400 nəfər, o cümlədən 31 yaraqlı təslim olub. Daha 150 vətəndaş isə Əl-Şarai kəndində təslim olub.

Son xəbərlər

Orphus sistemi