​Suriyalı hüquq müdafiəçiləri: "Rusiyanın hava həmlələri nəticəsində 370 nəfər ölüb"

​Suriyalı hüquq müdafiəçiləri: "Rusiyanın hava həmlələri nəticəsində 370 nəfər ölüb" Rusiya Müdafiə Nazirliyi isə İŞİD və "ən-Nusra Cəbhəsi"nin mövqelərini vurduqları haqda məlumat yayıb
Digər ölkələr
21 Oktyabr , 2015 12:56
​Suriyalı hüquq müdafiəçiləri: Rusiyanın hava həmlələri nəticəsində 370 nəfər ölüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiya hərbi hava-kosmik qüvvələrinə məxsus qırıcıların Suriyada keçirdiyi 500-dən artıq hava əməliyyatı nəticəsində 120-si dinc sakin olmaqla 370 nəfər həyatını itirib.

"Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə, bu siyahıya oktyabrın 19-da Rusiya bombardmanları nəticəsində həlak olan 45 müxalifətçi və dinc sakin də daxil edilib.

Təşkilat bildirib ki, Homs, Hələb və Lazkiyanın ruslar tərəfindən bombalanması nəticəsində yüz mindən çox sakin öz evini tərk edib.

Rusiya Müdafiə Nazirliyi isə İŞİD və "ən-Nusra Cəbhəsi"nin mövqelərini vurduqları haqda məlumat yayıb.

BMT-nin Humanitar Yardım üzrə Əlaqələndirmə Ofisi bildirib ki, son günlər Hələbdə baş verən atışmalar nəticəsində 35 min nəfər öz evindən qaçmağa məcbur olub. Hələblilər şəhərin cənub-qərbindəki Kefer Naha və Orem Kübra bölgəsinə qaçıblar. Ofisin məlumatına əsasən, aralarında qadın, uşaq və yaşlıların da olduğu həmin qaçqınların yeməyə və sığıncağa ehtiyacları var.

Qeyd edək ki, Rusiya Suryada hava əməliyyatına sentyabrın 30-da başlayıb. 

Son xəbərlər

Orphus sistemi