Bakı. 10 mart. REPORT.AZ/ İraqın Suriya ilə sərhəddə yerləşən Əl-Qaim şəhərində qarşı tərəfdən atılan raketin yaşayış evinin üzərinə düşməsi nəticəsində üç nəfər yaralanıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü Ənbar əyalət şurasının üzvü Kərim əl-Karbuliyə istinadən yerli "al-Sumaria" telekanalı məlumat yayıb.
O, raketin məhz kim tərəfindən atıldığının məlum olmadığını bildirib.
İraqın Əl-Qaim şəhəri isə sərhəddə Suriyanın Hacin və Baquz yaşayış məntəqələri yerləşir. Onları bir-birindən Fərat çayı ayırır. Baquzda artıq neçə həftədir ki, İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar aparılır.