Yuxarı
    Bağlamaq

    Suriyadan açılan atəş nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub

    Türkiyə Silahlı Qüvvətləri atəş açılan ərazisinin terrorçu PKK-nın Suriyadakı qolu olan PYD-nin nəzarətində olduğunu açıqlayıb

    Bakı. 22 mart. REPORT.AZ/ Suriya ərazisindən açılan atəş nəticəsində Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonunda bir hərbçi şəhid olub.

    "Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvətləri (TSK) atəş açılan ərazisinin terrorçu PKK-nın Suriyadakı qolu olan PYD-nin nəzarətində olduğunu açıqlayıb.

    Şanlurfa rayon sakini olan hərbçi yaralı olaraq aparıldığı Reyhanlı Dövlət Xəstəxanasında dünyasını dəyişib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi