Suriyada yarım ildə 2257 dinc sakin həlak olub

Suriyada yarım ildə 2257 dinc sakin həlak olub Bakı. 8 iyul. REPORT.AZ/ 2018-ci ilin yanvar-iyun aylarında Suriyada 2257 dinc sakin həlak olub.
Digər ölkələr
8 İyul , 2018 02:32
Suriyada yarım ildə 2257 dinc sakin həlak olub

Bakı. 8 iyul. REPORT.AZ/ 2018-ci ilin yanvar-iyun aylarında Suriyada 2257 dinc sakin həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatı "SNHR"-in məruzəsində bildirilir.

Qeyd edilir ki, öldürülənlərdən 479 nəfəri qadın, 660 nəfəri uşaqdır. Bu müddət ərzində Bəşşar Əsədə məxsus qüvvələr, PKK-nın Suriya qolu YPG terror təşkilatı və İŞİD Suriyada 186 kütləvi qətl hadisəsi törədiblər.

Bununla yanaşı, kütləvi qətllərin böyük hissəsini Əsəd və onun tərəfdarları həyata keçirib. Məruzədə iddia olunur ki, hər kütləvi qətldə azı 5 nəfər öldürülüb. 

Son xəbərlər

Orphus sistemi