Bakı. 24 fevral. REPORT.AZ/ Suriyada qaçqın düşərgəsində güclü yanğın olub.
"Report" xəbər verir ki, bu barədə "Al-Watan" qəzeti bildirib.
Məlumata görə, hadisə ölkənin şimal-şərqində Al-Hol adlı ərazidə baş verib. Qaz balonlarının anbarda alışması nəticəsində düşərgə alova bürünüb.
Yanğın nəticəsində 15 nəfər xəsarət alıb.
Daha əvvəl Deyr-əz-Zor əyalətində avtomobilin partladılması nəticəsində azı 15 nəfər ölüb.