Suriyada xəstəxana bombardman edilib: 7 ölü

Suriyada xəstəxana bombardman edilib: 7 ölü Rusiya hərbçiləri xəstəxananı həftə ərzində ikinci dəfə atəşə tutublar
Digər ölkələr
3 Oktyabr , 2016 23:06
Suriyada xəstəxana bombardman edilib: 7 ölü

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərində xəstəxana bombardman tutulub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bilddirilir ki, Rusiyada məxsus hərbi təyyarənin müxaliflərin nəzarəti altında olan xəstəxananı bombardman etməsi zamanı 7 nəfər həlak olub. Ölənlərdən 2-nin tibb işçiləri olduğu bildirilir.

Rusiya hərbçiləri xəstəxananı bir həftə ərzində ikinci dəfə atəşə tutublar. İkinci bombardman zamanı xəstəxananın önündə 5 metr dərinliyinə çuxur yaranıb.

Son xəbərlər

Orphus sistemi