Suriyada terrorçuların NATO silahları ilə dolu anbarları tapılıb

Suriyada terrorçuların NATO silahları ilə dolu anbarları tapılıb Bakı. 21 may. REPORT.AZ/ Rusiyanın Düşmənçilik edən Tərəflərin Barışdırılması Mərkəzinin nümayəndələri və Suriya hərbçiləri silahlıların nəzarətindən azad edilən Homs vilayətinin şərq hissəsində NATO üzü olan ölkələrdə istehsal olunmuş silah-sursatlarla dolu anbarlar aşkar ediblər.
Digər ölkələr
21 May , 2018 12:53
Suriyada terrorçuların NATO silahları ilə dolu anbarları tapılıb
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Rusiyanın Düşmənçilik edən Tərəflərin Barışdırılması Mərkəzinin nümayəndələri və Suriya hərbçiləri silahlıların nəzarətindən azad edilən Homs vilayətinin şərq hissəsində NATO üzü olan ölkələrdə istehsal olunmuş silah-sursatlarla dolu anbarlar aşkar ediblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Mərkəzin nümayəndələrinin bildirdiyinə görə, Homs vilayətinin Zaa Faran kəndində yerləşən "Ən-Nüsrə" terror qruplaşmasının nəzarət-müşahidə postunda çox sayda əleyhiqaz, xarici ölkə istehsalı olan silah, o cümlədən "Tou-2" tank əleyhinə idarəolunan raket aşkarlanıb.

Qeyd edək ki, "Tou-2" tank əleyhinə idarə olunan raketi ötən əsrin 70-ci illərində ABŞ ordusunun arsenalına qəbul edilib və o vaxtdan bəri dəfələrlə modernləşdirilib.

Son xəbərlər

Orphus sistemi