Bakı. 5 fevral. REPORT.AZ/ Suriyada terroçular qaz kəmərini partladıb.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi bu ölkənin Elektroenergetika Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, hadisə Rif-Dimaşk vilayətində, Cirud rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, "ən-Nasiriyyə" elektrostansiyasını təchiz edən qaz kəməri sıradan çıxarılıb.
Hadisə ilə əlaqədar həmçinin elektrostansiya da fəaliyyətini dayandırıb. Qaz kəmərinin hansı silahlı qruplaşma tərəfindən sıradan çıxarılması barədə məlumat verilmir.