Bakı. 25 mart. REPORT.AZ/ Çərşənbə axşamı Suriyanın terrorçu-döyüşçüləri İdlib şəhərinə hücuma başladıqlarını elan ediblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hazırda 100 min insanın yaşadığı şəhər Suriya Ordusunun nəzarəti altındadır.
İdlibə hücumda "Əhrar əş-Şam" və "Cəbahət ən-Nüsra" terror qruplaşmalarının döyüşçüləri iştirak edirlər.
Hüquq-müdafiəçilərinin məlumatına görə, terrorçu alyansı hücuma başlasa da, hələ ki, şəhərə gəlib çatmayıb.