Suriyanın İdlib əyalətində terrorçular hərbçilərə hücum edib, ölənlər var

Suriyanın İdlib əyalətində terrorçular hərbçilərə hücum edib, ölənlər var Suriyanın İdlib əyalətində terrorçuların ordunun mövqeyinə hücumu zamanı iki hərbçi həlak olub.
Digər ölkələr
23 Aprel , 2021 05:42
Suriyanın İdlib əyalətində terrorçular hərbçilərə hücum edib, ölənlər var

Suriyanın İdlib əyalətində terrorçuların ordunun mövqeyinə hücumu zamanı iki hərbçi həlak olub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Karpov bildirib.

A.Karpovun sözlərinə görə, hadisə əyalətin cənub hissəsində baş verib. Silahlıların diversiya qrupu Ruayha yaşayış məntəqəsində hökumət qüvvələrinin mövqelərinə hücum edib.

O, qeyd edib ki, atışma zamanı terrorçular da itki verib.

"Hücumun qarşısının alınmasının gedişatında azı iki terrorçu məhv edilib. Həmçinin iki Suriya hərbi qulluqçusu həlak olub, daha biri yaralanıb. İtkilərə məruz qalan silahlılar Ziqata yaşayış məntəqəsinə geri çəkildilər", - Karpov deyib.

Son xəbərlər

Orphus sistemi