Suriyada terror aktı törədilib, xəsarət alanlar var

Suriyada terror aktı törədilib, xəsarət alanlar var Suriyanın şimalında terror aktı törədilib.
Digər ölkələr
3 İyun , 2021 05:38
Suriyada terror aktı törədilib, xəsarət alanlar var

Suriyanın şimalında terror aktı törədilib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Cerabulus şəhərində qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində iki dinc sakin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Regionun təhlükəsizlik qüvvələri hadisənin YPG (PKK-nın Suriya qanadı) terrorçuları tərəfindən törədildiyini istisna etmir.

Son xəbərlər

Orphus sistemi