Suriyada terror aktı törədilib, ölənlər və yaralananlar var

Suriyada terror aktı törədilib, ölənlər və yaralananlar var Bakı. 11 fevral. REPORT.AZ/ Suriyanın şimalında partlayış törədilib.
Digər ölkələr
11 Fevral , 2018 05:34
Suriyada terror aktı törədilib, ölənlər və yaralananlar var

Bakı. 11 fevral. REPORT.AZ/ Suriyanın şimalında partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Mülki Müdafiə Qüvvələrinin rəhbəri Mustafa Hac Yusufə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə İdlibdə baş verib. Partlayıcı qurğu şəhərin mərkəzində, yolayrıcında, gündüz işə salınıb.

Partlayış zamanı 7 dins sakin həlak olub. Daha 30 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi