Suriyada terror aktı törədilib, ölən və yaralanan var

Suriyada terror aktı törədilib, ölən və yaralanan var Suriyada terror aktı törədilib.
Digər ölkələr
14 Yanvar , 2022 08:57
Suriyada terror aktı törədilib, ölən və yaralanan var

Suriyada terror aktı törədilib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin şimalındakı Aazaz yaşayış məntəqəsində qeydə alınıb. Terrorçuların dayanacaqdakı avtomobildə yerləşdirdikləri partlayıcı qurğunu işə salmaları nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Partlayış zamanı yaxınlıqdakı mülki obyektlərə də ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ölkənin təhlükəsizlik qüvvələrindən partlayışın PKK-nın Suriya qanadı YPG tərəfindən törədildiyini bildirilib.

Son xəbərlər

Orphus sistemi