Suriyada terror aktı planlaşdıran qadınlar zərərsizləşdirilib

Suriyada terror aktı planlaşdıran qadınlar zərərsizləşdirilib Təhlükəsizlik qüvvələri Suriyanın şimalında Afrin regionunda sıx məskunlaşmış rayonda partlayış planlaşdırmış PPK/YPG-nin iki terrorçusunu zərərsizləşdirib
Digər ölkələr
2 Aprel , 2021 05:48
Suriyada terror aktı planlaşdıran qadınlar zərərsizləşdirilib

Təhlükəsizlik qüvvələri Suriyanın şimalında Afrin regionunda sıx məskunlaşmış rayonda partlayış planlaşdırmış PKK/YPG-nin iki terrorçusunu zərərsizləşdirib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Suriya ilə Hatay əyaləti administrasiyasının xəbərində deyilir.

Məlumata görə, cinayətkarların zərərsizləşdirilməsi üzrə əməliyyat yerli vaxtla saat 16:30-da keçirilib.

"Aprelin 1-də təxminən saat 16:30 keçirilən əməliyyat nəticəsində Afrində PKK/YPG terror təşkilatının mülki əhalinin cəmləşdiyi ərazidə partlayış təşkil etməyə hazırlaşan iki qadın üzvü zərərsizləşdirilib", - xəbərdə deyilir.

Qeyd edilir ki, terror aktının qarşısı təhlükəsizlik qüvvələrinin ayıqlığı sayəsində alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Son xəbərlər

Orphus sistemi