​Suriyada terror aktı nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb

​Suriyada terror aktı nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb Ən azı 200 nəfər yaralanıb
Digər ölkələr
23 May , 2016 23:03
​Suriyada terror aktı nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb

Bakı. 23 may. REPORT.AZ/ Suriyanın Ceble və Tartus şəhərlərində törədilən terror aktları nəticəsində 148 nəfər ölüb, təqribən 200 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzinin müşahidəçilərinə istinadən "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, hücum təqribən 5 terrorçu-kamikadze tərəfindən törədilib, həmçinin iki minalanmış avtomobil partladılıb.

İŞİD terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi