​Suriyada son sutka ərzində 30 dinc sakin həlak olub

​Suriyada son sutka ərzində 30 dinc sakin həlak olub Ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır
Digər ölkələr
10 İyul , 2016 00:12
​Suriyada son sutka ərzində 30 dinc sakin həlak olub

Bakı. 10 iyul. REPORT.AZ/ Ötən sutka ərzində Suriyada "Cəbhət ən Nüsrə" terror qruplaşmasının Hələb şəhərinin Al-Furkan rayonunda yataqxananı atəşə tutması nəticəsində 30 dinc sakin həlak olub, 150 nəfərə yaxın mülki sakin yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Suriya ərazisində düşmən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin yaydığı bülletenində deyilir.

"Ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır", - deyə məlumatda qeyd olunur.

Məlumata görə, terrorçuların atəşinə həmçinin Dəməşq vilayətinin Bahariyyə, Ərbil, Darayya, Meyda, Harasta-əl Basal, eləcə də Latakiya vilayətinin Aydo, Balla, Bruma, İkko və Safsafa yaşayış məntəqələri məruz qalıb.

"Cəbhət ən Nüsrə" terror qruplaşması və İŞİD hərbi əməliyyatların dayandırılması rejiminin qəti bərqərar olmasına mane olmaqda davam edirlər.

Terrorçular gün ərzində Hələb vilayətinin ayrı-ayrı yaşayış məntəqələrini, eləcə də məhəllələri minaatanlardan və iriçaplı silahlardan atəşə tuturlar.

Son xəbərlər

Orphus sistemi