Yuxarı
    Bağlamaq

    Suriyada silahlılar təxliyə üçün nəzərdə tutulmuş 21 avtobusu yandırıb

    Avtobuslara hücum Sarmin və Beneş arasındakı şosedə baş tutub

    Bakı. 18 dekabr. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqdən 320 kilometr məsafədə yerləşən İdlib vilayətində terrorçular təxliyə üçün nəzərdə tutulmuş 21 avtobusu yandırıb.

    "Report" xəbər verir ki, bu barədə "Əl Məyadin" telekanalı məlumat yayıb.

    Məlumata görə, İdlib vilayətinin Əl-Fua və Kefray yaşayış məntəqələrinin silahlıları mülki sakinləri və yaralıları təxliyə etmək üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini yandırıblar. Avtobuslara hücum Sarmin və Beneş arasındakı şosedə baş tutub.

    Qeyd edək ki, bundan əvvəl də Cəbhət Fəth əş-Şam qruplaşmasının üzvləri 7 avtobusu yandırıblar. Bazar günü ərzində bu yaşayış mənqələrindən yaralı hərbçilər və tibbi yardıma ehtiyacı olan mülki sakinlər də daxil olmaqla, 5 min insanın təxliyə edilməsi planlaşdırılırdı.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi