Suriyada səkkiz İran hərbçisi həlak olub

Suriyada səkkiz İran hərbçisi həlak olub Ölənlər arasında general Reza Kxavari də olub
Digər ölkələr
23 Oktyabr , 2015 22:17
Suriyada səkkiz İran hərbçisi həlak olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Suriyanın Xama bölgəsinin şimalında davam edən döyüşlər zamanı ötən gün səkkiz iranlı hərbçi öldürülüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında hökümət qüvvələrində hərbi məsləhətçi statusuna malik iranlı general Reza Kxavari də olub.

"Ən-Nusra Cəbhəsi" tərəfdarlarının müqavimətini qırmağa çalışan prezident Bəşər Əsədə sadiq olan qüvvələrə dəstək verən Tehran rəsmiləri də səkkiz hərbçinin ölüm xəbərini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi