Rusiyaya məxsus Mİ-25 hərbi helikopteri Suriyada İŞİD tərəfindən vurulub

Rusiyaya məxsus Mİ-25 hərbi helikopteri Suriyada İŞİD tərəfindən vurulub Helikopterin ekipaj üzvləri həlak olub
Digər ölkələr
9 İyul , 2016 21:11
Rusiyaya məxsus Mİ-25 hərbi helikopteri Suriyada İŞİD tərəfindən vurulub

Bakı. 9 iyul. REPORT.AZ/ Suriyada Rusiyaya məxsus Mİ-25 hərbi helikopteri vurulub. 

"Report"un məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirliyin məlumatına görə, hadisə Suriyanın Xüms vilayətində baş verib. Helikopterin İŞİD terrorçuları tərəfindən vurulduğu bildirilir.

Helikopter Suriyanın hökumət qüvvələrinin nəzarəti altında olan əraziyə düşüb. 

Hadisə nəticəsində ekipaj üzvləri həlak olub.

Son xəbərlər

Orphus sistemi