Suriyada rusiyalı hərbçilər və jurnalistlər xəsarət alıb

Suriyada rusiyalı hərbçilər və jurnalistlər xəsarət alıb Yaralıların həyatı üçün təhlükə yoxdur
Digər ölkələr
7 Noyabr , 2017 00:07
Suriyada rusiyalı hərbçilər və jurnalistlər xəsarət alıb
"AP"

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın "Zvezda" və "NTV" telekanallarının 4 jurnalisti Suriyada xəsarət alıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Deyr ez-Zorda baş verib. Terrorçuların məsafədən idarə olunan mərmisinin partlaması nəticəsində jurnalistlərlə birlikdə daha 5 hərbçi də yaralanıb. Yaralıların hamısı operativ şəkildə "Xmeymim" aviabazasına çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib. 

Həkimlərin verdiyi məlumata görə, onların həyatı üçün təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi