Yuxarı
    Bağlamaq

    ​Suriyada Rusiyadan olan 2 mindən çox yaraqlı öldürülüb

    Rusiyanın dəstəyi ilə 400-dən çox yaşayış məntəqəsi azad edilib

    Bakı. 15 mart. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının ötən ilin sentyabrında Suriyada başladığı hərbi əməliyyatların yekunları barədə danışıb.

    "Report" xəbər verir ki, nazir Rusiya qoşunlarının əsas hissəsinin martın 15-dən Suriyadan çıxarılmasına göstəriş verən prezident Vladimir Putin ilə görüşdə bəzi məsələlər barədə ətraflı məlumat verib.

    O bildirib ki, Suriya qoşunları Rusiyanın dəstəyi ilə 400-dən çox yaşayış məntəqəsini və 10 min kvadrat metrdən çox ərazini azad ediblər. Suriya ərazisində Rusiyadan gəlmə 2 mindən çox quldur, eləcə də, 17 səhra komandiri məhv edilib", - deyə nazir məlumat verib.

    Şoyqunun sözlərinə görə, Rusiya aviaqrupu 209 neft hasilatı və emalı obyektini, həmçinin 2 mindən çox neft məhsulu daşıyan vasitəni məhv edib. Nazir hesab edir ki, Rusiya qüvvələri terrorçuların ehtiyat təminatını tam olaraq dayandıra biliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi