Suriyada Rusiya vertolyotu atəşə tutulub

Suriyada Rusiya vertolyotu atəşə tutulub Helikopter məcburi eniş edib
Digər ölkələr
4 Noyabr , 2016 03:02
Suriyada Rusiya vertolyotu atəşə tutulub

Bakı. 4 noyabr. REPORT.AZ/ Suriyada Rusiyaya məxsus vertolyot məcburi eniş edib, ərazi minaatanlardan atəşə tutulub. Heyət üzvləri arasında zərərçəkən olmayıb və onlar Xmeymim hərbi bazasına təxliyə olunublar.

"Report" xəbər verir ki, bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinə istinadən "İnterfax" məlumat yayıb.

"Vertolyot zərər çəkib və bu, onun müstəqil şəkildə baza aerodromuna qayıtmasına imkan verməyib. Heyət üzvləri zərər çəkməyib və operativ şəkildə axtarış-xilasetmə vertolyotu ilə Xmeymim aviabazasına aparılıb", - deyə Mərkəzin nümayəndəsi bildirib.

Beləliklə, Mərkəz İŞİD terrorçularının vertolyota açılan atəş nəticəsində Rusiya hərbçilərinin öldüyünə dair yaydığı məlumatı təkzib edib.

Son xəbərlər

Orphus sistemi