Suriyada Rusiya helikopteri vurulub, 5 nəfər həlak olub- FOTO - YENİLƏNİB

Suriyada Rusiya helikopteri vurulub, 5 nəfər həlak olub- FOTO - YENİLƏNİB Helikopter humanitar missiya həyata keçirirmiş
Digər ölkələr
153
1 Avqust , 2016 14:50
Suriyada Rusiya helikopteri vurulub, 5 nəfər həlak olub- FOTO - YENİLƏNİB

Bakı. 1 avqust. REPORT.AZ/ Rusiyanın Suriyada vurulmuş "Mi-8" helikopterinin göyərtəsində olan 5 nəfərin hamısı həlak olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Helikopter humanitar missiya həyata keçirirdi. Müdafiə Nazirliyindən aldığımız xəbərə görə, göyərtədə olanların hamısı həlak olub", - deyə D.Peskov bildirib.

O, İŞİD-in təhdidlərinə baxmayaraq, Rusiyanın terrorizmə qarşı mübarizəni davam etdirəcəyini də əlavə edib.

***14:12

Suriyanın İdlib əyalətində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus "Mi-8" helikopteri vurulub. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi helikopterin vurulması xəbərini təsdiqləyib. 

Helikopterin göyərtəsində 5 nəfər olub. 3 ekipaj üzvü və Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin 2 zabitinin taleyi aydınlaşdırılır. 

"Twitter" sosial şəbəkəsində hadisə yerindən fotoşəkillər dərc olunub. Həmin fotolarda ekipaj üzvlərinin yanmış cəsədləri görünür. 

Son xəbərlər

Orphus sistemi